Əvvəlcə ölçün, sonra danışaq
Saytınızın balını Google-un pulsuz PageSpeed Insights aləti ilə iki dəqiqəyə özünüz yoxlaya bilərsiniz: ünvanı yazırsınız, alət həm mobil, həm masaüstü üçün 100 ballıq qiymət verir. 50-dən aşağı qırmızı zonadır və deməli aşağıdakı siyahıda sizin də səbəbiniz var.
Yavaşlığın 7 səbəbi
01. Optimallaşdırılmamış şəkillər
ƏN BÖYÜK TƏSİRTelefonla çəkilmiş 5 meqabaytlıq foto birbaşa sayta yüklənib. Müasir formatlar (WebP) və düzgün ölçülərlə eyni şəkil 10 dəfə yüngül olur.
02. Ucuz və yüklü hosting
BÖYÜK TƏSİRİldə 30 manatlıq hostinqdə yüzlərlə sayt eyni serveri bölüşür. Sizin sayt növbəyə düşür və hər açılışda gözlədir.
03. Şablonun artıq kod yükü
BÖYÜK TƏSİRUniversal şablonlar min funksiyaya hazır gəlir və siz onların onda birini işlədirsiniz. Qalan kod isə hər ziyarətçinin telefonuna daşınır.
04. Keşin olmaması
ORTA TƏSİRKeş saytın hazır nüsxəsini saxlayıb təkrar ziyarətçiyə ani göstərir. Qurulmayıbsa, hər açılış sıfırdan hesablanır.
05. Üçüncü tərəf skriptləri
ORTA TƏSİRÇat vidjeti, üç analitika kodu, sosial media pikselleri. Hər biri ayrıca yüklənir və hamısı birlikdə saytı dartır.
06. Ağır slider və videolar
ORTA TƏSİRAna səhifədəki avtomatik video fonlar və çoxşəkilli sliderlər ilk açılışın ən ağır yüklərindəndir.
07. Köhnəlmiş texniki baza
KÖKLÜ PROBLEMİllər əvvəl yazılmış kod, köhnə kitabxanalar və yamaq üstünə yamaq. Bu halda sürətləndirmə təmiri yox, yenidənqurma söhbətidir.
Hansı ardıcıllıqla düzəltməli?
Sürət işində qızıl qayda təsir sırasıdır: əvvəl ən çox qazandıran addımlar. Praktikada bu ardıcıllıq özünü doğruldur:
- Şəkilləri optimallaşdırın. Ən az əməklə ən böyük qazanc adətən buradadır.
- Keşi qurun. Təkrar ziyarətçilər üçün sayt ani açılmağa başlayır.
- Hostinqi qiymətləndirin. Server zəifdirsə, qalan optimallaşdırmalar tavana dirənir.
- Artıq skriptləri təmizləyin. İşlətmədiyiniz hər vidjet silinməlidir.
- Kod auditi edin. Qalan problemlər kodun içindədir və peşəkar baxış tələb edir.
Nə vaxt təmir, nə vaxt yenidənqurma? Yuxarıdakı addımlardan sonra bal hələ də qırmızı zonadadırsa, problem təməldədir. Köhnə texniki baza üzərində sürət ovuna çıxmaq deşik qazana yamaq vurmağa bənzəyir. Bu vəziyyətin digər əlamətlərini saytı nə vaxt yeniləməli yazımızda sadalamışıq.
Sürət təkcə rahatlıq deyil, puldur
Google sürəti birbaşa sıralama meyarı kimi istifadə edir, yəni yavaş sayt axtarışda da geridə qalır. Bu əlaqəni SEO bələdçimizdə açmışıq. Reklam tərəfdə də eyni məntiqdir: kliklə gətirdiyiniz ziyarətçi yüklənməni gözləmədən çıxırsa, büdcə boşa gedir.
Bizdə sürət ayrıca xidmət yox, standartdır: hazırladığımız bütün saytlar ilk gündən sürət hədəfləri ilə qurulur, mövcud saytlar üçün isə SEO və performans optimizasiyası xidməti ilə audit və sürətləndirmə aparırıq.
Saytınızın sürətini pulsuz yoxlayaq
Ünvanı göndərin. Sürət hesabatını çıxarıb yavaşlığın konkret səbəblərini və təsir sırası ilə həll addımlarını təqdim edək.
Sürət yoxlaması istəyin Qiymətlərə baxın