Hədəf bu görüntüdür
Xidmətinizin aydın təsviri, güclü təklif və müştərini kliklədən mətn burada görünür...
1-ci nəticəSEO əslində nədir?
SEO saytın Google-un tələblərinə uyğunlaşdırılmasıdır. Burada sehr yoxdur. Google sürətli, aydın strukturlu və insanlara faydalı saytları yuxarı qaldırır. Deməli işimiz saytı məhz belə etməkdir. Bir vacib həqiqət də budur ki, SEO sonradan səpilən toz deyil. Sayt əvvəldən düzgün qurulmayıbsa, sonrakı optimizasiya təmirdən çox yenidənqurmaya bənzəyir.
8 bəndlik yoxlama siyahısı
01. Sürət
Sayt 3 saniyədən gec açılırsa, həm ziyarətçi, həm Google sizi cəzalandırır. Core Web Vitals göstəriciləri yaşıl zonada olmalıdır.
02. Mobil uyğunluq
Google saytınızı əvvəlcə mobil versiyası ilə qiymətləndirir. Telefonda pis görünən sayt masaüstündə mükəmməl olsa belə geridə qalır.
03. Başlıq strukturu
Hər səhifənin bir dənə aydın H1 başlığı və məntiqi alt başlıqları olmalıdır. Google səhifəni bu skeletlə oxuyur.
04. Meta title və description
Axtarış nəticəsində görünən mətnlər. Açar sözü ehtiva etməli və klik etməyə səbəb verməlidir.
05. Sitemap və robots.txt
Google-a hansı səhifələrin mövcud olduğunu deyən texniki fayllar. Yoxdursa, səhifələriniz gec və ya heç indekslənmir.
06. Daxili keçidlər
Səhifələr bir-birinə məntiqli linklərlə bağlanmalıdır. Bu həm ziyarətçini, həm Google robotunu saytda gəzdirir.
07. Strukturlaşdırılmış məlumat
Schema.org işarələməsi Google-a səhifənin nə haqqında olduğunu dəqiq deyir və zəngin nəticə şansı yaradır.
08. Real məzmun
İnsanların axtardığı suallara cavab verən səhifələr. SEO-nun yarısı texnikadırsa, digər yarısı faydalı məzmundur.
Nəticə nə vaxt görünür?
Dürüst cavab budur ki, SEO sürətli oyun deyil. Texniki düzəlişlərin təsiri bir neçə həftəyə, məzmun və mövqe dəyişikliyi isə adətən 2-3 aydan sonra hiss olunur. Kim sizə "bir həftəyə birinci yerə çıxaracam" deyirsə, ya bilmir, ya da aldadır.
Ən çox görülən problem. Gözəl görünən amma texniki cəhətdən zəif saytlar. Dizayna minlər xərclənib, amma sayt yavaşdır, başlıq strukturu qarışıqdır və Google onu düzgün oxuya bilmir. Nəticədə sayt var, müştəri yoxdur.
Haradan başlamalı?
Mövcud saytınız varsa, əvvəlcə texniki audit lazımdır. Sürət, indekslənmə, struktur və mobil təcrübə yoxlanılır, problemlər prioritetə görə sıralanır. Bu xidməti SEO və performans optimizasiyası səhifəsində təsvir etmişik. Sayt köhnədirsə və təməldən problemlidirsə, bəzən düzəltməkdənsə yenidən qurmaq sərfəlidir. Bunun əlamətlərini bu yazıda sadalamışıq. Yeni sayt qurursunuzsa, SEO-nu ilk gündən pakete daxil edin. Bizdə bütün saytlar texniki SEO ilə birlikdə təhvil verilir.
Saytınız Google-da görünmür?
Ünvanı göndərin, texniki SEO vəziyyətinə baxaq. Problemləri və həll ardıcıllığını konkret siyahı ilə təqdim edək.
SEO yoxlaması istəyin Qiymətlərə baxın