Portfolionuzdakı saytlar hazırda işləyirmi?
Şəkil qalereyası hər kəsdə var. Vacib olan həmin saytların bu gün canlı olması və real istifadəçilərlə işləməsidir. Linkləri istəyin və özünüz açıb yoxlayın.
Sayt hazır şablon üzərində, yoxsa sıfırdan hazırlanacaq?
Hər iki yanaşmanın yeri var, amma sizə hansının tətbiq olunacağını əvvəlcədən bilməlisiniz. Şablon qiymətinə sıfırdan sayt vəd edilirsə, nəticə adətən şablon olur.
Qiymətə konkret nələr daxildir?
Dizayn, proqramlaşdırma, mobil uyğunluq, SEO hazırlığı, idarəetmə paneli, test. Hər biri ayrıca soruşulmalıdır. Yazılı təklifdə olmayan hər şey sonradan əlavə xərcdir.
Ödəniş hansı mərhələlərlə olacaq?
Məbləğin hamısını əvvəlcədən istəyən icraçıdan uzaq durun. Düzgün model mərhələli ödənişdir və hər mərhələnin təhvil nəticəsi əvvəlcədən yazılır.
Sayt təhvildən sonra kimin nəzarətində olacaq?
Domen, hosting və kod sizin adınıza olmalıdır. Bunlar icraçının əlində qalırsa, sabah qiymət artımı ilə üzləşəndə saytınızı da itirə bilərsiniz.
Məzmunu özümüz yeniləyə biləcəyikmi?
Hər kiçik mətn düzəlişi üçün studiyaya pul ödəmək istəmirsinizsə, idarəetmə panelinin olub-olmadığını və nələri əhatə etdiyini soruşun.
Sayt Google üçün necə hazırlanacaq?
Sürət, mobil uyğunluq, meta strukturu, sitemap. Bunlar sonradan əlavə olunan şeylər deyil, hazırlanma prosesinin içində olmalıdır. Konkret nə edildiyini soruşun.
Müddət və gecikmə halında nə baş verir?
Real müddət mərhələlərlə yazılmalıdır. "Tez hazır olar" cavabı müddət deyil. Gecikmənin kimin hesabına olduğu da əvvəlcədən aydınlaşdırılmalıdır.
Təhvildən sonra dəstək necə işləyir?
Sayt yayımlanandan sonra sual, düzəliş və yenilənmə ehtiyacı mütləq yaranır. Dəstəyin şərtləri, müddəti və qiyməti əvvəlcədən danışılmalıdır.
Niyə məhz siz?
Bu sualın cavabında konkretlik axtarın. Real layihələr, aydın proses, yazılı təklif. Ümumi sözlərlə cavab verən icraçı işi də ümumi görəcək.
Bu sualları verməyə çəkinməyin
Peşəkar studiya bu suallardan qaçmır, əksinə sevinir. Çünki bu suallar layihənin əvvəlindən düzgün gözlənti yaradır. Sualdan narahat olan, qaçamaq cavab verən və ya "sən işini bilmirsən" mövqeyi tutan icraçı ilə yol yoldaşlığı çətin keçəcək.
Qiymət mövzusunda daha dərinə getmək istəyirsinizsə, 2026-cı ildə sayt qiymətləri yazımıza baxın. İş prosesimizin necə qurulduğunu isə saytların hazırlanması səhifəsində mərhələ-mərhələ göstərmişik. Başlanğıc qiymətlərimiz açıq şəkildə buradadır.
Bu sualların hamısına cavabımız hazırdır
Sınamaq istəyirsiniz? Yazın və elə ilk söhbətdə bu 10 sualı bizə verin. Cavabları konkret, yazılı və öhdəliksiz alacaqsınız.
Qiymət təklifi alın Qiymətlərə baxın