Strategiyadan yayıma vahid komanda

Bir səhifəlik saytdan tam platformaya qədər.

Strategiya, UX/UI dizayn, sıfırdan proqramlaşdırma və texniki SEO eyni komandada, eyni keyfiyyət standartı ilə. Layihəniz şöbələr arasında itmir.

  • 10xidmət istiqaməti
  • 1komanda, bir cavabdeh
  • 800 ₼korporativ saytdan başlayır
  • 1 günərzində yazılı təklif

Vəziyyətinizi seçin, uyğun xidmətləri işıqlandıraq

01

Qururuq

Saytdan platformaya qədər sıfırdan yazılan məhsullar.

Hansı həcm sizə uyğundur?

Üç başlanğıc nöqtəsi. Açıq qiymət, açıq müddət.

Paketlər başlanğıc göstəricidir. Dəqiq həcm və məbləğ ilk görüşdən sonra yazılı təklifdə göstərilir.

E-ticarət saytı

Kimə uyğundurOnlayn satış edən bizneslər

Başlanğıc qiymət2500 ₼ dən başlayır

Müddət4-8 həftə

  • Məhsul və kateqoriya sistemi
  • Onlayn ödəniş inteqrasiyası
  • Sifariş və stok idarəetmə paneli
  • Mobil checkout axını
Təklif alın

Xüsusi platforma

Kimə uyğundurStartaplar və mürəkkəb sistemlər

Başlanğıc qiymətFərdi danışıq əsasında

MüddətLayihəyə görə

  • Məhsul strategiyası və prototip
  • Miqyaslana bilən arxitektura
  • Real vaxt funksiyaları və API inteqrasiyaları
  • Rol və icazə sistemləri
Təklif alın

Bütün paketlərin tam siyahısı və qiymətlə bağlı suallar qiymətlər səhifəsindədir.

Hər xidmətdə eyni yol

İlk danışıqdan təhlükəsiz yayıma.

Xidmət fərqli olsa da proses eynidir: hər mərhələnin məqsədi və təhvil veriləni əvvəlcədən görünür.

  1. 01İlkin konsultasiyaİlkin istiqamət
  2. 02Məqsəd və tələblərMəqsəd xəritəsi
  3. 03Struktur və dizaynSayt xəritəsi və prototip
  4. 04Proqramlaşdırmaİşlək layihə versiyası
  5. 05Test və optimallaşdırmaYayıma hazır versiya
  6. 06Təhvil və dəstəkCanlı sayt və dəstək planı

Xidmətlərlə bağlı suallar

Seçim etməzdən əvvəl bilmək istədikləriniz.

Cavab tapa bilmədiniz? Birbaşa bizdən soruşun.

Hansı xidmətdən başlamalı olduğumu bilmirəm. Nə etməliyəm?

Qısa məlumat göndərin və ya WhatsApp-da yazın. İlk konsultasiyada ehtiyacı birlikdə dəqiqləşdirir, uyğun xidməti və ilk mərhələni təklif edirik. Lazım olmayan xidməti paketə əlavə etmirik.

Bir neçə xidməti birləşdirmək mümkündür?

Bəli, əksər layihələr belədir: məsələn e-ticarət saytı, ödəniş inteqrasiyası və texniki dəstək eyni layihədə. Təklifdə hər hissənin həcmi və qiyməti ayrıca göstərilir.

Xidmətlərin qiyməti necə hesablanır?

Korporativ sayt 800 ₼-dən, e-ticarət 2500 ₼-dən başlayır, platforma və mobil tətbiq iş həcminə görə fərdi hesablanır. Yekun məbləğ iş başlamazdan əvvəl yazılı təklifdə təsdiqlənir.

Layihə bitdikdən sonra dəstək davam edir?

Bəli. Sayt paketlərində ilk il hosting hədiyyədir, monitorinq, təhlükəsizlik yeniləmələri və yeni funksiyalar üçün texniki dəstək planı təklif edirik.

Yeni layihələrə açığıq

Hansı xidmətdən başlayacağınızı bilmirsiniz?

Ehtiyacınızı bir mesajla yazın. Doğru xidmətləri və icra ardıcıllığını birlikdə, öhdəliksiz müəyyən edək.

Qiymət təklifi: 1 iş günü ərzindəİlk konsultasiya pulsuzdur1 il hosting hədiyyəÖhdəlik tələb etmir