Sayt açmaq üçün nə lazımdır?

Sayt açmaq qərarı verdiniz, bəs sonra? İnternetdə bu sualın cavabı adətən texniki terminlərin içində itir. Biz yolu 6 aydın dayanacağa böldük. Hər dayanacaqda nə lazımdır, nəyə diqqət etməli və təxminən nə qədər xərc gözləməli, hamısı burada.

Yol xəritəsi

Domen adı

illik ~20 ₼

Saytınızın internetdəki ünvanı. Yerli biznes üçün .az uzantısı həm etibar, həm Google baxımından ən doğru seçimdir. Qısa, yadda qalan və brendinizə uyğun ad seçin.

Hosting

illik 100-400 ₼

Sayt fayllarının saxlandığı server. Ucuz və yavaş hosting saytın bütün əməyini yerə vurur. Sürətli, stabil və dəstəyi olan hosting seçilməlidir. Bizim paketlərdə ilk il hədiyyədir.

Məqsəd və struktur

ən vacib addım

Ən çox ötürülən addım. Sayt kimə xidmət edəcək, ziyarətçi hansı hərəkəti etməlidir? Bu suallara cavabsız başlanan sayt gözəl amma məqsədsiz alınır.

Dizayn və proqramlaşdırma

2-4 həftə

Strukturun vizual dilə və işlək sayta çevrilməsi. Burada iki yol var, hazır şablon və ya sıfırdan hazırlanma. Fərqi ayrıca yazıda müqayisə etmişik.

Məzmun

paralel hazırlanır

Mətnlər, şəkillər, xidmət təsvirləri. Məzmun saytın ruhudur və Google-un sizi tapması da böyük ölçüdə ondan asılıdır. Lorem ipsum ilə yayımlanan sayt yarımçıq saytdır.

Test və canlı yayım

yayım günü

Mobil görünüş, sürət, formlar, bütün keçidlər yoxlanılır. SSL quraşdırılır, sayt Google-a təqdim olunur və ölçmə sistemi qoşulur. Artıq canlısınız.

Özüm edim, yoxsa peşəkara verim?

Konstruktorlarla özünüz də sadə səhifə yığa bilərsiniz və hobbi layihə üçün bu normaldır. Biznes üçün isə hesab dəyişir. Konstruktorda yığılan sayt adətən yavaş olur, Google-da zəif görünür və brend təəssüratı yaratmır. Üstəlik vaxtınız da xərcdir. Bir həftə youtube dərsi izləmək əvəzinə həmin vaxtı satışa sərf etmək çox vaxt daha sərfəlidir.

Diqqət edilməli məqam. Domen mütləq öz adınıza qeydiyyatdan keçməlidir. İcraçının adına alınan domen sabah münasibətlər korlansa, saytınızla birlikdə girov qalır.

Xərclərin ümumi mənzərəsi

Domen və hosting illik xərcdir və birlikdə təxminən 150-400 manat edir. Əsas investisiya saytın özüdür. Peşəkar korporativ sayt 800 manatdan başlayır. Tam bölgü üçün qiymət yazımızaqiymətlər səhifəmizə baxın. Onlayn satış planlaşdırırsınızsa, e-ticarət büdcəsi yazısı sizin üçündür.

İlk addım nədən başlayır?

Texnikadan yox, söhbətdən. Biznesinizi, auditoriyanızı və məqsədinizi danışırsınız, qalan bütün addımlar həmin söhbətin üzərində qurulur. Yeni qurulan bizneslər üçün ayrıca yanaşmamızı bu səhifədə təsvir etmişik.

Bu yolu tək getməyə ehtiyac yoxdur

Domen seçimindən canlı yayıma qədər hər addımı biz idarə edirik. Siz biznesinizi danışın, texniki tərəfi bizə buraxın.

Qiymət təklifi alın Qiymətlərə baxın