Rəqəmsal məhsul bazarı
Oyun valyutası, pin, lisenziya və abunəliklər üçün axtarış, filtr, stok, səbət və avtomatik çatdırılma.
Rəqəmsal ticarət ekosistemi
Epin.az üçün məhsul axtarışından ödənişə, ödənişdən avtomatik çatdırılmaya qədər bütün yolu vahid təcrübəyə çevirdik. Ticarət sistemi, AI, icma və canlı oyun funksiyaları eyni hesabda işləyir.
Platformanı açın ↗EPIN-••••-82X401 / Həll etdiyimiz məsələ
Fərqli məhsul tipləri, yerli ödəniş kanalları, stok və pin idarəetməsi, avtomatik tərəfdaş çatdırılması və istifadəçi balansı eyni əməliyyat zəncirində işləməli idi. Platforma yeni biznes istiqamətləri əlavə olunduqca əsas alış təcrübəsini ağırlaşdırmamalı idi.
Ticarət nüvəsi
Axtarışdan rəqəmsal kodun təhvilinə qədər hər status görünən, izlənən və real vaxtda yenilənən vahid axındır.
02 / Platforma imkanları
Oyun valyutası, pin, lisenziya və abunəliklər üçün axtarış, filtr, stok, səbət və avtomatik çatdırılma.
Şəkil, video, səs, redaktə və CV alətlərini vahid kredit balansı ilə əlçatan edən yaradıcı məhsul.
Xəbər lenti, icmalar, kampaniyalar, liderlər cədvəli, mükafatlar və real vaxt aktivliyi eyni istifadəçi hesabında.
Qeydiyyat, iştirak təsdiqi, gözləmə otağı, canlı yayım, yazılı söhbət, nəticə və mükafat axınını birləşdirən oyun mərkəzi.
Satıcı kabineti, məhsul moderasiyası, səbət, sifarişin rəsmiləşdirilməsi, rəy və sual-cavab imkanları olan çoxsatıcılı platforma.
Balans, kart, elektron pul kisəsi və yerli terminal kanallarını təhlükəsiz sifariş təcrübəsində birləşdirən qat.
Arxitektura
Nuxt interfeysi kəşf və alış sürətini qoruyur. Laravel API sifariş, balans, stok və çoxsatıcılı platforma qaydalarını idarə edir. Socket.IO və Redis isə balans, sifariş və bildirişləri real vaxtda ekranlara çatdırır.
03 / Miqyas və nəticə
Epin.az yeni xidmət əlavə ediləndə alış nüvəsini yenidən qurmağı tələb etməyən arxitekturaya sahibdir. Eyni hesab, balans və real vaxt infrastrukturu fərqli biznes xətlərini vahid təcrübədə saxlayır.
Mühəndislik göstəriciləri Epin.az-ın 27 iyul 2026 tarixli yerli, yayımdakı kod bazasından götürülüb.
Yeni layihə
Strategiyadan UX/UI dizayna, sıfırdan proqramlaşdırmadan yayıma qədər vahid komanda ilə işləyək.